Qara Qarayev korpusu

Uşaq həftənin 5 günü 8:00 – dan 18:00 – dək yaşına uyğun olaraq 20 nəfərlik qruplarda təlim – tədris prosesinə cəlb olunur və qidalanma, sağlamlıq, təhlükəsizlik ilə əhatə olunur. Bağçada 5 dəfə qidalanır və 5 dəfə məktəbə hazırlıq, idrak, mədəni – estetik, nitq, fiziki və sosial-emosional sahələrdə inkişaf etdirici məşğələlərə qoşulur və müxtəlif əyləncə və istirahət xarakterli tədbirlərdə iştirak edir.

Uşaq Bağçasında uşaqlar yaş qruplarına uyğun olaraq aşağıdakı inkişaf proqramlarına cəlb olunur:

 

  1. Erkən İnkişaf Proqramı (1-3 Yaş) – uşaq bağçasında 1-3 yaşlı uşaqların təlimi bu proqram əsasında təşkil olunur. Bu proqram çərçivəsində uşaqlarla əsasən Montessori, bədən tərbiyəsi, sensor tərbiyə, nitq inkişafı, musiqi və əl işi məşğələləri keçirilir, daha çox uşaqların oyun oynaması üçün mühit yaradılır.

 

  1. Məktəbəqədər İnkişaf Proqramı (3-4, 4-5 Yaş) – uşaq bağçasında 3-5 yaşlı uşaqların təlimi bu proqram əsasında icra olunur. Bu proqram çərçivəsində uşaqlarla əsasən bədən tərbiyəsi, dünyagörüşü (ətraf aləmlə tanışlıq), bədii – estetik inkişaf və nitq inkişafı, musiqi, əl işi, rəqs, ingilis və rus dili məşğələləri keçirilir, uşaqların oyun oynaması üçün mühit yaradılır.

 

  1. Məktəbə Hazırlıq Proqramı (5-6 Yaş) – Məktəbə Hazırlıq Kursu, Riyaziyyat Məşğələsi, Ətraf Aləmlə Tanışlıq Məşğələsi, Elmlə Tanışlıq Məşğələsi, Bədən Tərbiyəsi Məşğələsi, Estetik Tərbiyə Məşğələsi, Kağızla İş Məşğələsi, Gil və Qumla İş Məşğələsi, Rəsm Məşğələsi, Musiqi Məşğələsi, Quraşdırma\Puzzle Məşğələsi, Oyun Zamanı

 

Qiymət Cədvəli

Xidmət formasıXidmətə daxildirGünSaat aralığıTəhsil haqqı
Tam Gün - Azərbaycan/Rus bölməsiKurrikuluma və Uşağın Yaşına Uyğun Proqrama əsasən Tədris və Xidmət, Ekskursiya\Gəzinti və Sosial Fəaliyyətlər, İntensiv Rus dili və İngilis dili Tədrisi, Rus dilində Məktəbə Hazırlıq58:00 – 18:00400 AZN
Yarım Gün - Azərbaycan/Rus bölməsiKurrikuluma və Uşağın Yaşına Uyğun Proqrama əsasən Tədris və Xidmət, Ekskursiya\Gəzinti və Sosial Fəaliyyətlər58:00 – 13:00250 AZN

 *Valideynlərin gecikməsi olduqda 18:15 – dək ödənişsiz növbətçi dayə xidməti mövcuddur.

*Yarım Günlük Proqrama uşaq bağçasının yarım günlük fəaliyyətinə daxil olan məşğələ və kurslar daxildir.