Bu proqram 2-4 yaş arası uşaqlar üçün nəzərdə tutulub və onların erkən yaşda zehni, fiziki və emosional inkişafını dəstəkləyən fəaliyyətlərə əsaslanır. Proqram uşaqların dil bacarıqlarını, ədəbiyyatla tanışlığını, rəqəmləri və əsas riyazi anlayışları oyunlar vasitəsilə öyrənməsini təşviq edir.
Proqramın əsas məqsədi uşaqlarda özünüifadə qabiliyyətini, müstəqil düşünmə bacarığını və sosial vərdişləri gücləndirməkdir. Erkən yaşda əldə edilən bu bacarıqlar, onların gələcək təhsil həyatında möhkəm təməl yaratmasına kömək edir.