Haqqımızda

BARAMA
Uşaq Bağçası

BARAMA 2-5 yaşlı uşaqların məktəbəqədər inkişafını, həmçinin müxtəlif istiqamətli məşğələlərlə onların intellektual inkişafını təmin edən uşaq bağçaları şəbəkəsidir.

Erkən İnkişaf Proqramı
Məktəbəqədər Hazırlıq

Məqsədimiz

BARAMA Uşaq Bağçasının məqsədi sağlam, təhlükəsiz və inkişafetdirici mühitdə uşaqların fiziki və psixoloji, həmçinin intellektual inkişafını təmin edəcək tədris proqramlarını tətbiq etmək, onları təbiətdən ayırmadan sağlam və intellektual gələcək nəsil formalaşdırmaqdır.

 

Uşaq
Fərdi İnkişaf Planı

BARAMA Uşaq Bağçasında uşaqların inkişafı uşaq pedaqoqunun rəhbərliyi ilə həyata keçirilir. Hər bir uşaq bağçaya qəbul zamanı inkişaf standartlarına uyğun olaraq diaqnostik qiymətləndirmədən keçir. Bu qiymətləndirmənin nəticələrinə əsasən fərdi inkişaf planı hazırlanır və uşağın inkişafında maraqlı olan tərəflərlə paylaşılır. Fərdi inkişaf planı mütəxəssislər üçün uşağın təhsil və inkişaf yolunu müəyyən edən əsas istiqamət kimi xidmət edir.

Tədris Qrupları

Tədris qrupları 20 nəfərdən ibarətdir və 2-5 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Erkən İnkişaf Proqramı

2-3 yaşlı uşaqlar üçün Montessori, bədən tərbiyəsi, sensor tərbiyə, nitq inkişafı, musiqi və əl işi məşğələləri keçirilir.

Uşaq Fərdi İnkişaf Planı

Hər bir uşağın qəbulu zamanı diaqnostik dəyərləndirməsi aparılır və əsasında Uşaq Fərdi İnkişaf Planı tərtib olunur.

Məktəbəqədər İnkişaf Proqramı

3-5 yaşlı uşaqlar üçün bədən tərbiyəsi, dünyagörüşü, bədii–estetik inkişaf, nitq inkişafı, musiqi, əl işi, rəqs, şahmat, ingilis dili, kapoera məşğələləri keçirilir.